“Soyuq əllər, isti ürək” yarmarkasından əldə edilən vəsait hara xərclənəcək?
19 Dekabr 2022 11:44 SosialDekabrın 1-dən Bakının Fəvvarələr Meydanında fəaliyyətə başlamış "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) DəstəkProqramı çərçivəsində 30-a yaxın mikrosahibkarın və sənətkarların məhsul və xidmətləri də təqdim olunur. "Olaylar" xəbər verir ki, stenddə çaylar, orqanik qidalar, quru meyvələr, müxtəlif ədviyyatlar, əl işləri, toxunma oyuncaqlar, bijuteriya, vitrajlar, kiçikrəsmlər, taxtadan suvenirlər, orqanik sabunlar və s.sərgilənir və satılır.
Qeyd edək ki, "Soyuq əllər, isti ürək" yarmarkası "Nargis" Fondunun təşkilatçılığı ilə ənənəvi olaraq hər il təşkil olunur. Yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqları nmüalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. 2023-cü ilin 15 yanvar tarixinə dək davam edəcək yarmarka hər gün saat 11.00-dan 23.00-dək açıqdır.
.jpg)
.jpg)