Elektrik şəbəkəsinə qoşulan tikinti obyektləri ödəniş edəcəklər - ÖZƏL
19 Dekabr 2022 11:11 SosialTikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qaydasında yenilik tətbiq olunacaq. "Olaylar" xəbər verir ki, bununka əlaqədar "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik barədə qanun layihəsi parlament müzakirəsinə çıxarılıb. Yeniliyə əsasən, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji alması qoşulma müqaviləsi əsasında həyata keçiriləcək. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına görə sifarişçi enerji təchizatı müəssisəsinə və ya dövlət elektroenergetika müəssisəsinə qoşulma xidmətinə görə ödəniş edəcək. Habelə, qoşulma nöqtəsi tikinti obyektlərinə ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə müəyyən ediləcək. Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri gərginlik səviyyəsi və elektrik şəbəkəsinin gücü baxımından uyğun olan və elektrik stansiyasına ən yaxın məsafədə yerləşən qoşulma nöqtəsinə qoşulacaq.