Azad olunmuş ərazilərdə daha 94 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan Olaylar.az-a verilən məlumata görə, dekabrın12-dən 17-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 59 piyada əleyhinə mina, tank əlehinə 35 və 297 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 579 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31