Gecə 2-də qapını sındırıb qadını hədələdilər
19 Dekabr 2022 10:37 SosialAğstafa rayonunda quldurluq hadisəsi baş verib.
Olaylar.az bildirir ki, hadisə dekabrın 18-də saat 02 radələrində baş verib. İki nəfər naməlum şəxs Ağstafa şəhəri, N.Nərimanov küçəsi 9 ünvanındakı mənzilin qapısını sındıraraq içəri daxil olublar.
Onlar evdə tək olan Sahibə Ələkbərovanı hədələyərək və fiziki zor tətbiq edərək ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Maskalı şəxslər daha sonra ərazidən uzaqlaşıblar.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə iş açılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31