Qaradağ rayonunda ümumrayon iməciliyi keçirilib
17 Dekabr 2022 15:04 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində
yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paqtaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları salınır.
17 dekabr 2022-ci il tarixində Qaradağ rayonunda ümumrayon iməciliyi
keçirilib.
İməcilik zamanı rayonun bütün qəsəbələrində mövcud yaşıllıqlara qulluq göstərilib, işıq dirəkləri, ticarət obyektlərinin vitrinləri, şüşəli binaların fasadları yuyulub, həmçinin küçə və
prospektlərdə ümumi təmizlik işləri aparılıb.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, rayonda
fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Rayonda son illər ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq
nümayiş etdirirlər.
Keçirilmiş iməclikdə rayon sakinləri də fəal iştirak etmiş, öz yaşadıqları məhəlləri
təmizləmiş və təşkil edilmiş iməcilikdə görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.