Azərbaycanda sabiq yüksək vəzifəli şəxs vəfat etdi
17 Dekabr 2022 10:27 SosialSalyan rayonunda sabiq vəzifəli şəxs dünyasını dəyişib.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Ədliyyə Nazirliyinin Salyan Rayon İcra və probasiya şöbəsinin keçmiş rəisi Fərzəliyev Ağahüseyn Qulam oğlu 66 yaşında qəflətən dünyasını dəyişib.
Qeyd edək ki, A. Fərzəliyev 1956-cı ildə Salyan rayonunun Noxudlu kəndində doğulub. Müxtəlif sahələrdə çalışan A. Fərzəliyev rayonda vergilər idarəsinin, sonra Salyan Rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifələrində işləyib.
Ötən il yaş həddinə görə pensiyaya çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31