Sertifikatlaşma müəllimlərin peşə hazırlığının artırılmasına xidmət edir - ÖZƏL
16 Dekabr 2022 12:01 Sosial"Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi sertifikatlaşdırması proseduru vacibdir. Çünki, bu müəllimlərin peşə hazırlığının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. Komitə sədri bildirib ki, müəllim peşəsi milli kvalifikasiyalar çərçivəsinin 5-ci və 6-cı səviyyələrində təhsili tələb edir: "Sertifikatlaşdırma müəllimlərin peşə və ixtisas səviyyəsinin pedaqoji fəaliyyət üçün peşə standartları səviyyəsinə cavab verdiyini əks etdirən bir prosedurdur və zəruri bir məsələdir. Bunun üçün müəllimin peşə standartı hazırlanmalı və həmin peşə standartına uyğun olaraq təhsil proqramları hazırlanmalı və həyata keçirilməlidir".