Azərbaycanda qadın sahibkarların sayı artıb - ÖZƏL

Ölkədə qadın sahibkarlarla əməkdaşlıq edən, işləyən bir çox  assosiasiyalar və təşkilatlar var. "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, Azərbaycanda sahibkarlıq inkişaf edib və qadın sahibkarların da sayı artıb: "Çünki, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin  edilməsi dövlətin daim diqqətində olan məsələlərdəndir. Həmçinin, ölkə qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılıb, kişi və qadınlara siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə bərabər imkanlar yaradılıb. Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.  Qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmədə, biznesdə, rəhbər vəzifələrdə daha geniş təmsil edilməsi üçün önəmli məsələdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31