"Neft Fondundan hər yeni doğulan uşağa pul ayrılsın" ÖZƏL
15 Dekabr 2022 16:37 Sosial"2006-cı ilə qədər az da olsa, uşaqpulu verilirdi. Lakin, yeni sistemə əsasən sosial yardım üstün tutuldu. Amma sosial yardımdan indiyə qədər narazılıq əskik olmur. Çünki, sosial yardımın verilməsində ədalət prinsipi pozulur. Iddia edilir ki, kimin imkanı varsa, sosial yardım ala bilir. Ehtiyacı olanlar qalır kənarda. Və ya adında torpaq sahəsi olana yardım ayrılmır. Halbuki həmin sahədən heç bir gəlir əldə etmir.
Bilmirsən həmin yardım ünvana çatıb, yoxsa yox. Bir sözlə, hamı sosial yardımdan narazıdır. Uşaqpulu bilinir ki, doğum şəhadətnaməsi ilə verilir. Deyirlər, varlıya verməsinlər. Hamıya verilməlidir ki, ədalət pozulmasın. Beynəlxalq konversiya var. Buna əsasən heç kimin cinsindən, maddi imkanından asılı olmayaraq, uşaqpulu verilməlidir. Hesab edin ki, təxminən 2 milyard yarıma yaxın yardıma pul ayrılır. Bəs uşaq pulu necə verilsin?"
Bu sözləri Olaylar.az-a deputat Tahir Kərimli deyib.
"Sosial yardımı ləğv etmək lazımdır. Hamıya əlçatan olan, heç bir narazılıq törətməyən uşaqpulu verilməlidir. Sovet dövrü və sonraki zamanlarda uşaqpulu verilib, heç kimi narazı olmayıb. Miqdarını bir az artırmaq olar. Uşaqpulu ədaləti pozmur, korrupsiyaya icazə vermir. Hökümət, Milli Məclis bir yerdə işləsə, ortaq məxrəc də tapa bilər. Uşaqpulundan danışanları "populist" adlandırırlar. Demək olar bütün deputatlar seçki marafonunda seçicilərə söz veriblər ki, uşaqpulunu təmin edəcəyik. Deputatlar bunu tələb etməyə məcburdur. Çox şadam ki, bizə xeyli deputat qoşulub. Camaat deyir ki, həll edə bilmirsənsə, məsələni niyə ortaya qoyursan? Biz mübarizə aparırıq. Hesab edirəm ki, dövlətin uşaqpulu verməyə imkanı var. Birdəfəlik də vermək olar. Xaricdəki Neft Fonduki var, birdən "başın bağlayarlar" yaman günə qalarıq. Neft Fondundan hər bir doğulan uşağa pul ayırmaq lazımdır. Əvvəla nağd olmadığına görə infilyasiya da olmayacaq. Faizlər gələcək, uşaq 18 yaşına çatana qədər. Fərdlərə məxsus olduğu üçün "başını da bağlaya" bilməyəcəklər. Neft Fondu da gələcəyimiz üçündür. Gələcəyi bu cür təmin etmək lazımdır".