Gömrük xidmətləri ilə bağlı suallar operativ cavablandırılacaq
15 Dekabr 2022 14:37 SosialDövlət Gömrük Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması
üçün xüsusi alqoritm əsaslı çat sisteminin tətbiqinə başladı. Komitənin rəsmi veb səhifəsində, elektron xidmətlər portalında və mobil tətbiqində çat-bot vasitəsilə gömrük xidmətləri ilə bağlı suallarınız artıq qısa vaxt ərzində
cavablandırılacaq. Bunun üçün Dövlət Gömrük Komitəsinin rəsmi saytında və mobil tətbiqdə "çat-bot" pəncərəsinə daxil olmaqla ad, soyad və meyl ünvanınızı qeyd etməyiniz kifayətdir. Bu yenilik vətəndaşlar üçün xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı, gömrük xidmətləri ilə bağlı yaranan sualların operativ və müfəssəl cavablandırılmasını təmin edəcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31