Qulaq təmizləməyin fəsadları

Bəzən qulağın daxildən saç sancağı, kibrit çöpü və digər vasitələrlə təmizlənmə halları ilə üzləşirik. Mütəxəssislər bunun düzgün olmadığını və hətta təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-otolorinqoloq Nubar Muradova deyib: "Xarici qulaq keçəcəyinin müxtəlif vasitələrlə təmizləmək düzgün deyil. Xarici qulaq keçəcəyinin müxtəlif vasitələrlə təmizliyi zamanı təbil pərdəsinin deşilməsindən tutmuş xarici qulaq keçəcəyinin zədələnməsinə qədər bir çox fəsadlar var. Həmin fəsadlar baş verərkən ardınca mütləq şəkildə digər problemlər yaradır, hətta ağırlaşmalardan tutmuş əməliyyata qədər aparıb çıxara bilər. Ona görə də xarici qulaq keçəcəyinin hər hansı vasitələrlə təmizlənməsindən çəkinmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31