COVID-19-a qarşı peyvənd olunmamaq qəzaya düşmə ehtimalını artırır?- ÖZƏL
14 Dekabr 2022 16:26 SosialOlaylar.az xəbər verir ki, Sunnybrook Tibb Tədqiqat Mərkəzinin alimləri aşkar ediblər ki, COVID-19-a qarşı peyvənd olunmamış insanların ciddi yol qəzası keçirmə ehtimalı peyvənd olunmuşlara nisbətən 72% çoxdur.
Tədqiqat 11 milyondan çox insanın hökumət qeydlərini araşdırıb, onların 16%-i COVID-19 peyvəndi olunmayıb.
Peyvənd olunmayan insanların ən azı bir nəfərin xəstəxanaya çatdırılması ilə nəticələnən ciddi qəzaya məruz qalma ehtimalı peyvənd olunan insanlardan 72% daha çox idi.
Tədqiqat iddia edir ki, ictimai sağlamlıq tövsiyələrini rədd edən insanlar əsas yol təhlükəsizliyi qaydalarına məhəl qoymurlar. Alimlər həmçinin vurğulayırlar ki, COVID-19 peyvəndini rədd etmək avtomatik olaraq kiminsə avtomobil qəzasına düşəcəyinə zəmanət vermir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31