Rus sülhməramlı: "Qarabağ Azərbaycandır" - VİDEO

Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların keçirdiyi aksiya zamanı maraqlı hadisə baş verib.

Olaylar.az day.az-a istinadla xəbər verir ki, ərazidə xidmət aparan Rus sülhməramlı azərbaycanlı fəalla söhbət edərkən Qarabağın Azərbaycana məxsus olduğunu deyib.

Sülhməramlının "Qarabağ Azərbaycandır, inşallah" - deməsi ATV-nin kamerasına tuş gəlib.

Həmin görüntüləri təqdim edirik:

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31