“Maestro School”un yetirmələri ilkə imza atdılar – ÖZƏL
13 Dekabr 2022 20:30 SosialIT məktəbinin yetirmələri beynəlxalq olimpiadada yarımfinala yüksəliblər.
"Maestro School"un təsisçisi Mədinə Paşayeva Olaylar.az informasiya portalına bildirib ki, onlarda tələbələrin xaricdə təcrübə qazanması, ən əsas da xaricdə olimpiyadada iştirak etmələri üçün xaricə səfərlər nəzərdə tutulub.
"Maestro School" uşaqlar və yeniyetmələr üçün peşəkar IT məktəbinin yetirmələri Rumıniyada təşkil olunan robottexnika üzrə uşaqlar arasında beynəlxalq olimpiadada iştirak ediblər.
Məktəbin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, paytaxt Buxarest şəhərində baş tutan olimpiadaya dünyanın müxtəlif ölkələrindən 800 iştirakçı qatılıb. Uşaqlar arasında keçirilən beynəlxalq olimpiadada Azərbaycanı "Maestro School"un dörd yetirməsi onları bu yarışmada məktəbin iki müəllimi təmsil edib.
Bu qədər az heyətlə təmsil olunmasına baxmayaraq, "Maestro School"un yetirmələri yarımfinala vəsiqə qazanıblar. Bununla da həmyerlilərimiz 2024-ci cü ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək daha yüksək levelli beynəlxalq olimpiadaya vəsiqə qazanıblar. Digər ölkələr 50-100 arası heyətlə olimpiadaya qatılsalar da, dörd nəfərlik heyətlə Azərbaycan komandası bir ilkə imza atıb.
"Robochallenge" tətbiqi layihələrə həvəsli olan tələbələr və müasir texnologiyaları əxz etmək istəyən gənclər üçün nəzərdə tutulan robototexnika yarışmasıdır. Müsabiqə həm yeni başlayanlar, həm də mütəxəssislər üçün açıq olsa da, daha çox robototexnika həvəskarları üçün nəzərdə tutulub. "Robochallenge", "ETTI ROBOCHALLENGE" komandası tərəfindən Elektronika fakültəsinin "Liga Studentilor Electronisti" ilə birgə təşkil etdiyi müsabiqədir və Buxarestin "Politehnica" Universitetinin Elektronika, Telekommunikasiya və İnformasiya Texnologiyaları fakültəsi tərəfindən keçirilir.
Qeyd edək ki, "Maestro School" 6 yaşdan 16 yaşa uşaqlar üçün spesifik proqramlaşdırma məktəbidir və övladlarınızı keyfiyyətli İT təhsil ilə təmin edir. Məktəbin əsas fəaliyyət istiqaməti "full stack" proqramçıların formalaşmasına yönəlib. Təlim sistemi davamlı olaraq inkişaf edən İT protokollarına uyğunlaşdırılır və ən aktual biliklər, kompleks təlim proqramları, müəllim-praktiklər və effektiv tədris metodikası "Maestro Schoo"lun dəsti-xəttidir.
Proqramlaşdırma - uşaqlar üçün
Proqramlaşdırma - yeniyetmələr üçün.
Mobil Proqram Tərtibatçısı
Uİ&UX Dizayn
Robototexnika
VR/AR Tərtibatı
(+994)513002233
www.maestroschool.az