162 saylı məktəbdə şagirdlər Ulu Öndəri yad ediblər - FOTO - ÖZƏL
13 Dekabr 2022 17:14 SosialDekabrın 12-də Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə 162 saylı tam orta məktəbdə şagirdlərin ümumi tədbiri və açıq dərslər keçirilib. Tədbirdə böyük rəhbərin həyat və fəaliyyətini əks etdirən video görüntülər nümayiş etdirilib. Şagirdlər yaddaşlardan silinməyəcək, hər zaman qəlblərdə yaşayacaq dahi lider haqqında şerlər söyləyib, dünya şöhrətli siyasi xadimin tarixi xidmətlərini bir daha xatırladıblar.
"Heydər Əliyev Azərbaycan üçün keçmiş deyil, gələcəkdir" deyən yuxarı sinif şagirdləri açıq dərslərdə aktiv fikir mübadiləsi apararaq Heydər Əliyev irsini öyrənməyə, onun zəngin həyat təcrübəsindən bəhrələnməyə ehtiyac olduğunu bildiriblər.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31