Bakıda 123 nömrəli avtobus aşdı

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. 123 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TH 210 dövlət qeydiyyat nişanlı avtobus Novxanı qəsəbəsində idarəetmədən çıxaraq dərəyə aşıb. Xoşbəxtlikdən hadisə zamanı avtobusda sərnişinlər olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31