Azərbaycanda müəllimlər ayağa qalxdı - Nazirlikdə etiraz - VİDEO
12 Dekabr 2022 21:28 SosialAzərbaycanda bir qrup müəllim etiraza qalxıb.
Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Şəlvə kənd musiqi məktəbinin müəllimləri İdarənin rəisi Qalib Həsənov və məktəbin direktoru Azər Əliyevdən şikayətçidirlər.
Narazı müəllimlər Mədəniyyət Nazirliyinə yığışaraq məktəbdəki özbaşınalıqları, qanun pozuntularını dilə gətirib, bununla bağlı tədbir görülməsini tələb ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31