5 rayonda işıqlar söndü - VİDEO
12 Dekabr 2022 19:12 SosialAzərbaycanın 5 rayonunda bir sıra kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Olaylar.az bildirir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb.
"Azərişıq" ASC-nin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün qurumun bütün imkanları səfərbər olunub. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür", - məlumatda vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31