Ağamirzənin adından dələduzluq - FOTO
12 Dekabr 2022 12:22 SosialMeyxanaçı Ağamirzə Məmmədov sosial şəbəkədə adından açılan saxta profili şikayət edib.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, sözügedən profildə Ağamirzənin adından meyxanaçılarla bağlı paylaşımlar edilib. Belə ki, ötən gün sözügedən saxta profildə "Mehmanın bəzi tələbələri Rəşad Dağlının həbs olunmasına sevinirlər. Ustadınız Rəşadla bacarmayıb, qaldı ki, siz bacarasınız" sözləri yazılıb.
Ağamirzə isə sözügedən paylaşımı səhifəsində yayımlayaraq "Bu profil mənim deyil. Mənim adımdan açılmış profildir. İzləyənlərdən oradan çıxmalarını xahiş edirəm. Səhifədə paylaşılanlar mənə aid deyil" sözlərini yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31