Bəxtiyar Hacıyevə iki maddə ilə cinayət işi açılıb - Rəsmi

Daxili İşlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin saxlanılması barədə açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31