Azərbaycanda 277 dərmanın qiyməti dəyişib - Baş nazir

"Azərbaycanda 277 dərmanın qiyməti dəyişib". "Olaylar" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsini Tarif Şurası müvafiq qaydalara uyğun həyata keçirir: "Şuranın tənzimlədiyi 13 493 adda dərmandan son qiymət artımı səbəbindən 277 adda dərmanın qiyməti dəyişib. Bu da ümumi dərmanların 2 %-ni təşkil edir. Onlardan da 126-sı Rusiya, Ukrayna və Belarus istehsalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31