Aftandil İsrafilovun qızından ŞOK AÇIQLAMA: "Həkim dərmanları..."
9 Dekabr 2022 12:07 SosialXalq artisti Aftandil İsrafilovun səhhətindən xəbər var.
Olaylar.az xəbər verir ki, "ATV səhər"ə danışan sənətkarın qızı Həcər İsrafilova atasına həkimlərin yanlış dərman verdiyini açıqlayıb:
"Reanimasiyadadır. Heç kimi içəri buraxmırlar. Bir dəfə həkimin yanına getdik-gəldik. Əvvəl yaxşı idi. Sonra ayaqları şişdi. Sonra başqa həkimin yanına getdik. Əfsuslar olsun ki, həkim də düzgün dərmanlar verməyib. Amma yaş da var, onları da başa düşmək olar".
Xatırladaq ki, Aftandil İsrafilov bir həftə əvvəl təcili olaraq xəstəxanya yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilirdi.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31