Cənnətdəki mövludun mübarək!

Şanlı qələbəmizin qazanılmasına görə xalqımız  hər gün, hər an şəhidlərinə və  qazilərinə minnətdardır.   Ölkəmizin hər yerində, hər bölgəsində şəhidlərin doğum və anım günləri qeyd olunur, məzarları ziyarət edilir, tədbirlər keçirilir, müqəddəs ruhlarına ehsan verilir, dualar oxunur.

Dekabrın 7-sində Vətən müharibəsində Yevlaxın ilk şəhidi Kazımov Emin Fərman oğlunun mövludu və oğul yadigarı kiçik Fərmanın isə 3 yaşı tamam olurdu. Bu münasibətlə ictimaiyyət nümayəndələri, şəhidin atası Fərman kişi, anası Zemfira xanım, həyat yoldaşı Əminə xanım, övladları  Zeynəb, Xədicə və Fərman, həmçinin şəhid ailələri və qazilər əvvəlcə Şəhidlər xiyabanına toplaşaraq Eminin məzarını ziyarət edib, önünə gül dəstələri qoydular. Xiyabanda keçirilən xatirə tədbirində şəhidin atası Fərman Kazımov çıxış edərək, şanlı qələbəmizin qazanılmasında oğlunun qəhrəmancasına şəhid olmasından qürur duyduğunu bildirdi. Ata qeyd etdi ki, övlad dərdi nə qədər ağır olsa da çəkilir, amma vətən dərdi çəkilmir.

Yevlax Şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev, Yevlax Hərbi Komissarlığının nümayəndəsi, leytenant  İbrahim Əzimov, "KÜR" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, Yevlax şəhidlərinə həsr edilmiş "Zəfər fədailəri" və "Biz Vətən üçün doğulduq" kitablarının müəllifi Əminə Yusifqızı  və başqaları çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm döyüş meydanında, həm də diplomatiyada qazandığı qələbədən, şəhidlərimizin qanı ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq-abadlıq işlərindən, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən böyük diqqət və qayğıdan danışdılar. Din xadimləri hacı  Eldəniz və hacı Azər hər bir şəhidin anım və mövlud mərasim­lərində olduğu kimi, burada da yasin oxuyub, şəhidin ruhuna dua etdilər.

Tədbir Bəşir Səfəroğlu adına Yevlax  Xalq Teatrında davam etdirildi. Teatrın rejissoru, Əməkdar Mədəniyyət işçisi, şəhid Faiq Adıgözəlovun  bibisi Zöhrə Adıgözəlovanın ssenarisi əsasında hazırlanmış tədbiri Əməkdar Mədəniyyət işçisi Eldəniz Mustafayev aparırdı. Eminin böyük qızı Zeynəb Kazımlı şəhidlər  haqqında ifa etdiyi mahnı hamını kövrəltdi. Teatrın aktyorları tərəfindən hazırlanmış "Cənnətdəki mövludun mübarək" adlı ədəbi-bədii kompozisiya da mərasimə toplaşanları duyğulandırdı.

"Su sonası" sarayında şəhidin mövluduna və oğul yadigarı 3 yaşlı kiçik Fərmanın ad gününə həsr olunmuş tədbiri ictimai fəal, Şəhid Ailələri İctimai Birliyinin üzvü, şəhidlərə və qazilərə həsr olunmuş bir çox tədbirlərin təşkilatçısı və aparıcısı, eyni zamanda şəhid ailələrinə, qazilərə hər zaman mənəvi dəstək olan Validə Məmmədzadə aparırdı. Ata-oğulun doğum gününə həsr olunmuş musiqili mərasim Fərman kişinin şəhidlərin ölmədiyinə, şəhid ailələrinin dimdik ayaqda dura bilmə gücünə sahib olduqlarına ən böyük mesaj idi. Bu gün Emin yoxdur, amma onun 3 gül parçası kimi övladı böyüyür. Bu o deməkdir ki, Azərbaycan xalqı dərdi çəkməyi də bilir, sevinməyi də, azad vətəinində xoşbəxt yaşamağı da.

Sonra Bakıdan gələn müsiqiçi bəstəkar Arif Səlimov şəhid Emin Kazımova həsr etdiyi müsiqisini ifa etdi. Tədbir süfrə arxasında vətənə və şəhidlərə həsr olunmuş musiqilərlə davam etdi.

Şanlı qələbəmizin qazanılmasına görə xalqımız hər gün, hər an şəhidlərinə və qazilərinə minnətdardır. Ölkəmizin hər yerində, hər bölgəsində şəhidlərin doğum və anım günləri qeyd olunur, məzarları ziyarət edilir, tədbirlər keçirilir, müqəddəs ruhlarına ehsan verilir, dualar oxunur.
Dekabrın 7-sində Vətən müharibəsində Yevlaxın ilk şəhidi Kazımov Emin Fərman oğlunun mövludu və oğul yadigarı kiçik Fərmanın isə 3 yaşı tamam olurdu. Bu münasibətlə ictimaiyyət nümayəndələri, şəhidin atası Fərman kişi, anası Zemfira xanım, həyat yoldaşı Əminə xanım, övladları Zeynəb, Xədicə və Fərman, həmçinin şəhid ailələri və qazilər əvvəlcə Şəhidlər xiyabanına toplaşaraq Eminin məzarını ziyarət edib, önünə gül dəstələri qoydular. Xiyabanda keçirilən xatirə tədbirində şəhidin atası Fərman Kazımov çıxış edərək, şanlı qələbəmizin qazanılmasında oğlunun qəhrəmancasına şəhid olmasından qürur duyduğunu bildirdi. Ata qeyd etdi ki, övlad dərdi nə qədər ağır olsa da çəkilir, amma vətən dərdi çəkilmir.
Yevlax Şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev, YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev, Yevlax Hərbi Komissarlığının nümayəndəsi, leytenant İbrahim Əzimov, "KÜR" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, Yevlax şəhidlərinə həsr edilmiş "Zəfər fədailəri" və "Biz Vətən üçün doğulduq" kitablarının müəllifi Əminə Yusifqızı və başqaları çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm döyüş meydanında, həm də diplomatiyada qazandığı qələbədən, şəhidlərimizin qanı ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq-abadlıq işlərindən, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən böyük diqqət və qayğıdan danışdılar. Din xadimləri hacı Eldəniz və hacı Azər hər bir şəhidin anım və mövlud mərasim¬lərində olduğu kimi, burada da yasin oxuyub, şəhidin ruhuna dua etdilər.
Tədbir Bəşir Səfəroğlu adına Yevlax Xalq Teatrında davam etdirildi. Teatrın rejissoru, Əməkdar Mədəniyyət işçisi, şəhid Faiq Adıgözəlovun bibisi Zöhrə Adıgözəlovanın ssenarisi əsasında hazırlanmış tədbiri Əməkdar Mədəniyyət işçisi Eldəniz Mustafayev aparırdı. Eminin böyük qızı Zeynəb Kazımlı şəhidlər haqqında ifa etdiyi mahnı hamını kövrəltdi. Teatrın aktyorları tərəfindən hazırlanmış "Cənnətdəki mövludun mübarək" adlı ədəbi-bədii kompozisiya da mərasimə toplaşanları duyğulandırdı.
"Su sonası" sarayında şəhidin mövluduna və oğul yadigarı 3 yaşlı kiçik Fərmanın ad gününə həsr olunmuş tədbiri ictimai fəal, Şəhid Ailələri İctimai Birliyinin üzvü, şəhidlərə və qazilərə həsr olunmuş bir çox tədbirlərin təşkilatçısı və aparıcısı, eyni zamanda şəhid ailələrinə, qazilərə hər zaman mənəvi dəstək olan Validə Məmmədzadə aparırdı. Ata-oğulun doğum gününə həsr olunmuş musiqili mərasim Fərman kişinin şəhidlərin ölmədiyinə, şəhid ailələrinin dimdik ayaqda dura bilmə gücünə sahib olduqlarına ən böyük mesaj idi. Bu gün Emin yoxdur, amma onun 3 gül parçası kimi övladı böyüyür. Bu o deməkdir ki, Azərbaycan xalqı dərdi çəkməyi də bilir, sevinməyi də, azad vətəinində xoşbəxt yaşamağı da.
Sonra Bakıdan gələn müsiqiçi bəstəkar Arif Səlimov şəhid Emin Kazımova həsr etdiyi müsiqisini ifa etdi. Tədbir süfrə arxasında vətənə və şəhidlərə həsr olunmuş musiqilərlə davam etdi.

Əminə Əhmədova,
YAP Yevlax rayon təşkilatrı "H.Əliyev pr. 47"
ərazi partiya təşkilatının sədri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31