MCP-nin daha bir yeni şöbəsi yaradılıb - ÖZƏL
8 Dekabr 2022 11:44 SosialSıraları hər gün sürətlə genişlənməkdə olan Milli Cəbhə Partiyasının (MCP) daha bir yeni şöbəsi, Goranboy rayon şöbəsi qurulub. "Bu barədə "Olaylar"a MCP sədrinin müavini Rafiq Daşdəmirli məlumat verib. Bildirib ki, bununla bağlı dekabrın 7-də Goranboy şəhərində yığıncaq keçirilib. Tədbirdə Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli, Təşkilat Şöbəsinin müdiri Kamil Babayev, Hüquq Şöbəsinin müdiri Vugar Dadashov və partiya üzvləri iştirak ediblər.İclasda çıxış edən Rafiqi Daşdəmirli ölkədəki mövcud sosial-iqtissadi-siyasi durumdan danışıb. Həssas yerimiz olan Qarabağ mövzusuna toxunan sədr müavini bu məsələdə iqtidar-müxalifət, xalq-hakimiyyət həmrəyliyinin, birliyinin önəmini vurğulayıb. Sonra çıxış edən Vüqar Dadaşov və Kamil Babayev partiyanın güclənməsi, daha da genişlənməsi üçün gələcək planlardan, yaxın perespektivdə görüləcək işlərdən və təşkilatlanmanın əhəmiyyətindən danışıblar. Daha sonra partiya üzvləri çıxış edib, partiyanın rəhbərliyinə suallar veriblər. Sonda səsvermə nəticəsində Hüseynov Ülvi Sarif oğlu şöbənin sədri seçilib, şöbənin strukturları yaradılıb. Qeyd edək ki, Milli Cəbhə Partiyasında sürətləndirilmiş təşkilatlanma işləri aparılır.