«Azərbaycan Dəmir Yolları» qatarın piyadanı vurmasına aydınlıq gətirdi

Dekabrın 8-də, saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman piyadanı vurub.
"OLAYLAR"-ın xəbərinə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı məlumatda bildirilir ki, qəza dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd edən zaman baş verib.
Vurulan şəxs hadisə yerində dünyasını dəyişmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31