Bakının bu rayonlarında su kəsildi
8 Dekabr 2022 10:16 SosialPaytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
"OLAYLAR"-a "Azərsu" ASC-dən daxil olan məlumata görə, buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzadır.
Əraziyə qəza briqadaları və xüsusui texnika cəlb olunub, qəzanın aradan qaldırılması
istiqamətində tədbirlər görülür.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31