Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
7 Dekabr 2022 19:42 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 67 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 824 641 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 353 nəfər müalicə olunaraq sağalıb, 9 984 nəfər vəfat edib, aktiv xəstə sayı 304 nəfərdir.
Ölkədə son sutka ərzində 2 136, hazırkı dövrədək isə 7 388 051 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31