DİM tarixində peşəkar mühasib sertifikatı imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 dekabr 2022-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçiriləcək. DİM-dən "Olaylar"a bildirilib ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 491 nəfər müraciət edib.İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilmişdir) və özü ilə aşağıdakı sənədləri gətirməlidir:

-  şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

-  imtahana buraxılış vərəqəsi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31