"Reytinqə görə ölünün üzərindən səhnə qurub, şou edirlər"
6 Dekabr 2022 16:30 SosialAparıcı Zemfira Adıgözəlova mərhum müğənni Rəhim Rəhimli ilə bağlı yayımlanan süjeti tənqid edib.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, o, özünü Rəhimin sevgilisi kimi təqdim edən qadını saxtakar adlandırıb.
"Eyibdir... Reytinqə görə ölünün üzərindən səhnə qurub, şou etmək... İşinizə hörmət etmirsiniz, ailəsinə hörmət edin. Hələ bu aktrisaya baxın" deyə, Zemfira paylaşımında yazıb.
Qeyd edək ki, Hüri adlı qadın Rəhimlə sevgili olduğunu və ailə qurmağa hazırlaşdıqlarını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31