Karyera planlamasını necə həyata keçirmək olar? - ÖZƏL

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində Dekabr ayı ərzində  "Ayın Mərkəzi" adlı layihə həyata keçiririləcək. Akademiyadan "Olaylar"a bildirilib ki, layihə çərçivəsində Universitetdə karyera planlaması istiqamətində tələbələrə dəstək olmaq məqsədilə həftəlik silsilə tədbirlər təşkil ediləcək. Layihənin əsas məqsədi "Global Karyera ayı" ərzində universitetlərin Karyera Mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi, mərkəzlərin aidiyyəti üzrə məhsuldar fəaliyyətinə dəstək göstərilməsi, tələbələrlə karyera mərkəzi arasında əlaqələrin  genişləndirilməsi istiqamətində  dəstək göstərməkdir.

Görüşlər aşağıdakı cədvələ uyğun olaraq təşkil olunacaq: "Düzgün karyera planlamasının 5 addımı" Seminarı; Əyani konsultasiya xidməti; Qrup konsultasiyası. Layihənin ilk görüşü AƏSMA-nın kiçik akt zalında Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının əməkdaşı Rüstəm Məmmədov tərəfindən həyata keçiriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31