Son həftədə 117 ha ərazi minalardan təmizlənib
5 Dekabr 2022 15:08 SosialAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.
ANAMA-dan Olaylar.az-a verilən məlumata görə, noyabrın 28-dən dekabrın 3-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 4 piyada əleyhinə mina, 52 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 117 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31