Nazirdən pensiya müjdəsi

"Hər il pensiyalar üzrə indeksasiya aparılır. Bu il inflyasiya da var. İnflyasiyanın təsirlərini biz pensiyaçılara kompensasiya etməliyik". "Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib. Qeyd edib ki, növbəti ildə bizim təkcə pensiya fonduna indeksasiya üzrə xərclərimiz əhəmiyyətli dərəcədə artır: "Söhbət 15%-dən az olmayan indeksasiyadan gedir. Ona görə biz baxmalıyıq ki, nə edə bilərik".  Samir Şərifov həmçinin qeyd edib ki, 2018-2019-cu illərdə minimum əmək haqqını 130 manatdan 200 manata çatdırdıq: "Bu paket bizə 4 milyard manata başa gəldi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31