Naxçıvana ayrılan dotasiya artırılacaq

Naxçıvan Muxtar Respublikasının büdcəsinə xərcləri tənzimləmək məqsədilə ayrılan maliyyə vəsaiti artırılıb. "Olaylar"xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.Nazir bildirib ki, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 1,7 milyon manat artırılacaq. Eyni zamanda Naxçıvanın dövlət büdcəsində xərclər 132, 3 milyon manat təşkil edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31