Könüllülər ölkəmizin ictimai həyatında xüsusi rol oynayır - ÖZƏL
5 Dekabr 2022 11:57 Sosial"5 Dekabr - Beynəlxalq Könüllülər Günüdür, son illər ölkəmizdə könüllülük hərəkatı böyük vüsət alıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin sədr müavini Adil Əliyevin sözlərinə görə, könüllülərimiz ölkəmizin ictimai həyatında, mədəni və idman tədbirlərində, eləcə də pandemiya dövründə ərzaqların paylanmasında xüsusilə geniş fəaliyyət göstərdilər: "Könüllülük proqramları gənclərimizi gələcək həyata hazırlamaqla bərabər, onlara fəaliyyətlərində xüsusi stimul verir. Bütün könüllüləri bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31