Biləsuvarda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib - ÖZƏL
5 Dekabr 2022 10:33 SosialAzərbaycan Respublikası Vəkillər Kollegiyasının həyata keçirtdiyi silsilə tədbirlərin davamı olaraq, "Kiçikbəyov və partnyorları" Vəkil Bürosunun vəkilləri tərəfindən Biləsuvar rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Bəhruz Məhərrəmov məlumat verib. Bildirib ki, aksiya çox yüksək səviyyədə baş tutub: "Göstərdikləri peşəkarlığa və əsl vətəndaş mövqeyinə görə vəkillərimiz Emin Kiçikbəyov, Vasif Hüseynov, Rəcəb Nurəliyev, Asim Mirzəzadə və Ədalət Muradova təşəkkür edirəm. Vətəndaş məmnunluğuna nail olmaq elə vətənə ən böyük xidmətdir. Bu mənada, əziz vəkillərimiz, müraciət edən hər kəs sizin peşəkarlığınız, səbr və təmkin nümayiş etdirərək hər bir problemə ürək yanğısı ilə yanaşmanızdan çox razı qalıb və seçicilərimiz adından bir daha hər birinizə ayrı-ayrılıqda çox sağ olun deyirəm. Aksiyamızın reallaşmasına təşkilati məsələlərdə dəstəyinə görə isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association, Biləsuvar rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinə təşəkkür edirəm. Aksiyanın bilavasitə təşkil olunduğu Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin direktoru əzizimiz Xanımgül Abıyeva isə var olsun, həmişəki kimi qonaqpərvərliyinə söz ola bilməzdi".