Samir Bağırov ÜZƏ ÇIXDI - FOTO
5 Dekabr 2022 10:13 SosialMüğənni Samir Bağırov uzun aradan sonra yenidən üzə çıxıb.
Olaylar.az bizim media-ya istinadən xəbər verir ki, sənətçinin yeni görünüşdə fotolarını aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında paylaşıb.
Hər zaman uzun saçlarla dolaşan Samir onları kəsdirərək sarıya boyadıb. Müğənni üzərinə topuğa qədər uzanan ağ leopard printli palto geyinib. Paltonun boyun və önündən ayaq hissəsinə qədər uzanan ağ xəzz detalı isə diqqət çəkib.
Tədbirlərin birində Samir Bağırovla bir araya gəlib, onunla şəkil çəkdirən Hacı Nuran "Samir, hər zaman yanındayam" paylaşımına şərh yazıb.
Qeyd edək ki, S.Bağırov bir neçə ay əvvəl ayağında yaranmış problemlərə görə yerli klinikaların birində müalicə alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31