Azərbaycanda yeniyetmə qız hamilə qaldı: Araşdırma aparılır
2 Dekabr 2022 11:29 SosialBakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, bu, Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) müayinə zamanı bilinib.
Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olduğu üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır.
Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31