Deputat və icra hakimiyyətinin başçısı vətəndaşların səyyar qəbulunu keçirib - ÖZƏL

Millət vəkili Tamam Cəfərova seçicilərinin səyyar qəbulunu keçirib. "Olaylar" zəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən mütəmadi səyyar qəbullarının keçirilməsi və vətəndaşları narahat edən məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı verilmiş tapşırıqlar çərçivəsində bu gün Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə vətəndaşların səyyar qəbulunu keçirtdik. Şərədil və Günəşli kəndlərində keçirilən səyyar qəbullarda rayonun təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər. Qəbullarda Şamaxı Rayon İcra Hakimiyyətin başçısı Tahir Məmmədov çıxış edərək "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq ölkəmizdə, o cümlədən Şamaxıda aparılan abadlıq və quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri barədə kənd sakinlərinə məlumat verib.

Birgə qəbulun keçirilməsində əsas məqsəd vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılmaq, habelə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətdə qeyd edilən məsələlərin həllinə nail olmaqdır. Vətəndaşların müraciətləri yol, elektrik dirəklərinin yararsız halda olması,içməli su problemi, məşğulluq və digər fərdi məsələlərlə əlaqədar olmuşdur. Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Əlavə olaraq diqqətinizə çatdırmaq istərdik ki, daxil olan bütün növ müraciətlərə yüksək həssaslıqla yanaşılır və həlli istiqamətində aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31