Gənclər ailə məsuliyyətini daşımaq istəmir- ARAŞDIRMA
2 Dekabr 2022 10:45 SosialTexnologiya və sosial media səbəbindən artan boşanmalar
Mütəxəssislər boşanmaların artmasını urbanizasiya və sənayeləşmənin təsiri ilə təbii bir proses kimi şərh edir. Boşanmaların çoxunun məişət zorakılığı səbəbindən olduğu bildirilir. Boşanmaların altında iqtisadi, texnoloji, mədəni amillər və cinsiyyət faktorları kimi bir çox səbəblər yatır.
Boşanma hallarının digər səbəbi isə cəmiyyətdəki yoxsullaşma və artan xərclərdir.Texnologiya və sosial medianın yaratdığı dəbdəbəli həyatın insanları çıxılmaz vəziyyətə saldığını vurğulamasaq olmaz.
Məsələn, texnologiyanın təsiri ilə cütlüklər arasında ünsiyyət çatışmazlığı yaranır. Bu, problemə pandemiya dövründə daha çox rast gəlinib. Cütlüklər evdə olur, amma bir-birləri ilə danışmırlar. İkincisi, texnologiyanın təsiri ilə dəbdəbəli yaşamaq, rahat yaşamaq bir zərurət, hətta ehtiras kimi təqdim edildiyi üçün hər kəsin belə bir gözləntisi var. Bu gözlənti artdıqda və yerinə yetirilmədikdə sonu boşanmaya qədər gedir. Sanki, hər kəs hər zaman gənc, enerjili qalmalıdır. Problem hər iki cinsə aid edilir. Şəhərləşmə ilə birlikdə qadınların iş həyatına girməsi və iqtisadi müstəqillik əldə etməsinin evlilikdə kiçik pozuntular olsa belə boşanma seçimini asanlaşdırdığı hesab edilir. Qadınlar maddi azadlıq əldə etdikdən sonra evlilikdə nələrinsə xətrinə dözmək onlar üçün zərurət halını almır. Mütəxəssislərin fikrincə bu hal müsbətdir. Çünki, əvvəllər qadınlar zorakılığa məruz qalsa belə, buna dözməyin lazım olduğunu düşünürdü. Ancaq, sağlam olmayan ailələrdə sağlam övladlar böyümür.
Artıq evlənməmək və uşaq sahibi olmamaq seçim halını alıb
Ailə qurmaqda əsas məqsədin dövlət himayəsi altında status qazanmış, soyad almış, valideynləri müəyyən, vərəsəlik hüququ müəyyən olan övladlar yetişdirmək olduğunu və bu vəziyyətin dəyişdiyini diqqətə çatdırmaq lazımdır.
Əvvəllər mental olaraq hər kəs evlənməlidir deyə bir yanaşma var idi. Amma indi vəziyyət dəyişib, insanlar evlənməməyi seçirlər. Eləcə də, evlənənlər indi mübahisə edir, uşaq sahibi olaq yay yox ? Halbuki keçmişdə ailə quran insanların uşaq sahibi olması demək olar ki, zəruri idi. Boşanmış qadına cəmiyyət tərəfindən qoyulan önyarğı artıq əvvəlki kimi təsirli deyil. Buna görə də qadınlar bir müddət evli olmağı, sonra isə subay yaşamağı seçə bilirlər.
Boşanma təkcə cütlüklərə deyil, həm də sosial quruluşa təsir edir
Pandemiya zamanı cütlüklər bir-birlərinin qüsurlarını gördülər. Bir-birindən uzaq qalmaqla həll oluna biləcək problemlər həmişə eyni evdə olduqları üçün boşanmaya gətirib çıxardı. Pandemiyanın təsiri ilə dağılmış ailə büdcəsi yarandı. Bu, həm də dövlətin insanların ər-arvad kimi üzərinə qoyduğu məsuliyyəti artırdı. Ailə quracaq insanlar kirayə vermədikləri ata evlərini tərk edərək, kirayə verdikləri və ya illərlə hissə-hissə pul ödəyəcəkləri evlərə köçürlər. Məhdud gəlirlər ilə ailə qurmamaq bir seçim halına gəlir.
Boşanma çətin olsa da, artım var
Dünyanın hər yerində evlənməyin çox asan olduğu, lakin, boşanmanın çətin olduğu hamıya məlumdur. Çətin olsa da, boşanma sayı gözardı edilməyəcək qədər çoxdur. Evlənmək istəyəndə "niyə evlənmək istəyirsən" soruşulmur, amma boşananda "boşanmaq istəyirik" deyə bir şey demək olmur. Boşanmanın sonunda isə ərin aliment öhdəliklərinin yükü kimi şərtlər kişiləri evlənməkdən uzaqlaşdırılır.
Boşanmaların keçmişdə orta və yuxarı gəlir qruplarında daha çox görülürdü. Yoxsullar boşanmanı həll yolu kimi görmürdü. İndi isə aztəminatlı və təhsil səviyyəsi orta olan ailələr də boşanmağa üstünlük verir.
Hazırda 1 ili tamam olmayan evliliklərin, iqtisadi cəhətdən zəif ailələrin insanların boşanmalarının şahidi oluruq. Ali təhsili olan və sosial cəhətdən daha üstün olan insanlar evlilik yaşının bir qədər böyük olduğu üçün evlilik qərarlarını bir az daha düşünərək qəbul edirlər və iqtisadi cəhətdən güclü olduqları üçün yoxsulluğun birbaşa təsirinə məruz qalmırlar.
Şiddətə görə ayrılmaq üzərə olan tərəflər arasında barışıq yaratmaq məqsədəuyğun deyil. Vasitəçilik polisin nəzarəti altında, psixoloqların nəzarəti altında aparıla bilər və düzgün aparılarsa boşanmaların sayı azala bilər. Və ya heç olmasa, uzun sınaq müddətlərini azaltmaqla boşanmaları asanlaşdırmaq olar. Amma, bu barədə yaxşı düşünmək, planı yaxşı qurmaq lazımdır.
Gələcəyə inamsızlıq
Cəmiyyətdə ciddi inam böhranı olduğu üçün insanlar öz gələcəklərindən əmin deyillər. Həm iqtisadi, həm də sosial baxımdan. Xüsusilə gənclər və qadınlar arasında işsizlik ciddi həddə çatıb. Yəni iqtisadi tarazlığın pozulması insanlarda işsizlik və yoxsulluq şəklində özünü göstərir. Müxtəlif qruplar arasında sosial məsafə getdikcə artır. İnsanların şüurunda qurumlara inamın azaldığı bir vaxtda insanlar özlərini güvənsiz hiss edirlər. Bu güvənsizlik mövcud nikahların dağılması, evlilik kimi bir qurumdan qaçmağa vadar edir.
Artıq bütün dünyada insanlar çörəyin, bazardan aldıqları kartof-soğanın qiymətinə baxır, kirayəni düşünürlər.
Məsələyə kişi cəbhəsindən baxdığımız zaman mühafizəkar olsalar belə, bu yükü öz üzərlərinə götürmək istəmirlər və buna görə də evlilik nisbətləri aşağı düşür.
Qadın nöqteyi-nəzərindən həm qadınların məşğulluğunun azalması, həm də zorakılıq və qadın qətlinin artması qadın cəbhəsində evliliyə çəkindirici təsir göstərir.
Əfsanə Səlimi