Uşaqlarda qulaq ağrısına nə səbəb olur? - ÖZƏL
1 Dekabr 2022 12:22 Sosial"Uşaqlarda qulaq pərdəsinin qızarması və iltihablaşmasına tez-tez rast gəlirik. Bu da təbii ki, uşaqlarda qulaq ağrısına səbəb olur". "Olaylar" xəbər verir ki, bunu deyən Pediatr Nigar Suleymanovanın sözlərinə görə, allergik xəstəliklərdə virus və bakterial infeksiyalarda, burun tutulması davamlı olan uşaqlarda havalanma normal olmadığına görə qulaq yağı çox ifraz oluna bilər: "Eyni zamanda, otaqda nəmliyin az olması, davamlı refluks xəstəliyi rast gəlinən uşaqlarda bu problemə rast gəlmək olur. Əgər bu problem davamlı hal alırsa və uşağı narahat edirsə vaxtında həkimə müraciət etməniz tövsiyyə olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31