Kimlər bərabər pay hüquqlu vərəsələr hesab olunurlar? - ÖZƏL

Son zamanlar vərəsələr arasında yaranan mübahisələrin sayının artması müşahidə olunmaqdadır. Bəs, qanunvericilikdə bu məsələ necə həllini tapıb? Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: "Birinci növbədə - ölənin uşaqları, arvad (ər), valideynlər. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri vəfat etsin. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nnənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba vəfat etmiş olsun. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları bərabər pay hüquqlu vərəsələr hesab olunurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31