Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 min 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 103 nəfər müalicə olunaraq sağalıb, 9 min 980 nəfər vəfat edib. Aktiv xəstə sayı 254 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1784, bu günə qədər isə ümumilikdə 7 milyon 375 min 442 test icra olunub.

Azərbaycanda 49 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31