Ölkədə gender bərabərliyinin təmin olunması üzrə milli qanunvericilik bazası mövcuddur - ÖZƏL
30 Noyabr 2022 14:20 Sosial"Həyatın bütün sahələrində qadın və kişilərin iştirakçılığının təmin olunması, bütövlükdə cəmiyyətin inkişafına müsbət təsir edir. Hüquq bərabərliyi qadın və kişilər üçün bərabər imkanların yaradılması ilə daha da güclənir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Millət vəkili diqqətə çatdırıb ki, ölkədə gender bərabərliyinin təmin olunması üzrə milli qanunvericilik bazası mövcuddur: "Gender amilinin ümumi siyasətə daxil edilməsi dövlətin gələcək hədəf və strategiyalarının daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin əlbəttə ki, bunun üçün zəruri məlumatların, təhlil və araşdırmaların əlçatan olması vacibdir. Qlobal və yerli iqtisadi, sosial və mədəni inkişafın əsas məqsədini məhz insan həyatının keyfiyyətinin artırılmasıdır.Bu məqsədə çatmaq üçün gender bərabərliyini təmin etmək, bu sahə də mövcud problemləri üzə çıxarmaq, həll yollarını təklif etməkdir".