Vitse-spiker idmançının öldürülməsini şiddətlə qınayıb - ÖZƏL

"Hər zaman idmançılarımızdan yüksək alicənablıq və qanunlarımıza hörmət tələb edirik. Fiziki cəhətdən sağlam gənclər yetişdirməklə bərabər, idmançılarımızın təlim-tərbiyəsi, onlara dəyərlərimizin aşılanması, eləcə də yüksək intelektuala malik olması üçün hər birimiz tam gücümüzlə səy göstəririk". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclis sədrinin müavini Adil Əliyevin sözlərinə görə, təəssüf ki, Şağan Olimpiya İdman Kompleksində Tural Rüstəmovun öldürülməsi ilə nəticələnən cinayət hadisəsi baş Verdi: "Baş vermiş hadisəni şiddətlə qınayır, Allahdan Turala rəhmət, ailəsinə və idman ictimaiyyətinə səbir diləyirəm. Ümid edirəm ki, bir daha belə hallar heç zaman baş verməyəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31