Ermənilərdən növbəti vandallıq: Qəbirlərimizi təhqir edirlər - VİDEO
30 Noyabr 2022 11:42 SosialErmənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını əks etdirən yeni görüntülər yayılıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan vandallıq videosunun harada çəkildiyi məlum deyil, ancaq relyefinə görə Qarabağa oxşayır.
Videoda hərbi geyimdə olan ermənilərin azərbaycanlılara məxsus qəbirləri təhqir etmələri - başdaşılarını sındırmaları və qəbrin üstündə gəzmələri əks olunub.
Kadrlardakı ermənilərdən birinin gödəkçəsinin qolunda Rusiya Federasiyası Daxili Qoşunlarına (2016-cı ilədək mövcud olub - red.) məxsus şevron olduğu da görünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31