"Biz bu sənətə pula görə gəlməmişik" - Xalq artisti - VİDEO

"Vaxtı ilə biz böyük ustadlardan və müəllimlərdən dərs almışıq. Bizim özülümüz var. Biz bu sənətə pula görə gəlməmişik". 

Olaylar.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal "Maqazin plyus" verilişinə müsahibəsində deyib. 

73 yaşlı sənətkar yalnız özü kimi peşəkarlara dəyər verdiyini dilə gətirib: 

"Kimin məktəbi var, o sənət adamlarına daha böyük rəğbətim var. Yalnız peşəkarları alqışlayıram. Peşəkarlıq isə çox böyük məktəbdir".

Xalq artisti yeni ekran işlərində olmadığının səbəbini bu sözlərlə ifadə edib:

"Gözəl ssenarisi, peşəkar rejissor olarsa, mütləq şəkildə yeni serial və filmlərə çəkilərəm". 

İlham Namiq Kamal müsahibəsinin sonunda küsülü olduğu deyilən həmkarı Xalq artisti Afaq Bəşirqızı ilə münasibətlərinə də aydınlıq gətirib:

"Uzun illər biz Afaq xanımla rollar ifa etmişik. Kimsə bu xəbərlərdən qazanc əldə etmək istəyirsə qoy etsin. Belə xəbərləri yayanlar dolanışıq üçün edirlər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31