Namiq Qaraçuxurludan atasıyla bağlı paylaşım - FOTO

Meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə atasıyla bağlı paylaşım edib.

Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi valideyni Hilal bəylə fotosunu izləyiciləriylə bölüşərək onun doğum gününün olduğunu bildirib:

"Uşaq böyütmək nə qədər çətin olduğunu hamımız bilirik. Ələlxüsus bizim uşaqlıq illəri, ölkədə böyük problemlərin baş verdiyi zaman. Əlimizin heç nəyə çatmayan vaxtı əlini böyük yük altına qoyan, üç uşaq böyüdən adamdır bu adam. Hər şey üçün çox sağ ol atam Hilal bəy. 81 yaşın mübarək. Hər il səni qucaqlayıb təbrik etmək qismətimiz olsun. Doğum günün mübarək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31