Ağdamın bu hissəsi minalardan tam təmizlənib - FOTO

Ağdam rayonunda Maqsudlu su kanalının Abdınlı, Sarıcalı və Əhmədağalı kəndindən keçən hissəsinin sağ və və sol hissəsi minalardan və partlamamış sursatlardan tam təmizlənib.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətindən bildirilib.

"Bundanan sonra da işlərimizi davam etdirəcəyik. Bu istiqamətdə düşmən çoxlu piyada və tank əleyhinə minalar basdırmışdı. Bütün bunlara baxmayaraq biz təhlükəsizlik qaydalarına əməl edərək əraziləri minalardan təmizləyirik", - deyə qeyd olunub.

Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 azərbaycanlı mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.Trend 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31