Hazır turşu alarkən nələrə diqqət edək?- ÖZƏL

Çox vaxt konservlər kifayət qədər təmizlənməməsi  və qablaşdırmanın qüsurlu olması səbəbindən xarab olur və zəhərlənməyə səbəb ola bilir. İstehsaldan sonra konservlər karantinə göndərilir, bu zaman mümkün problemlər nəzərə çarpa bilir. Bununla da  korlanmış məhsulun mağaza rəflərində qalması riski minimuma endirilir.  Bunu Ümumrusiya Konservləşdirmə İnstitutunun laboratoriya rəhbəri deyib. "Bütün xarabların əksəriyyəti istiliyin qeyri-kafi olması ilə bağlıdır. Kif və maya böyüyür, banka şişir.  Tutaq ki, bizim instituta bir banka xiyar turşusu  gətirirlər, bilirik ki, içlik tamamilə şəffaf olmalıdır. Su bulanıqdırsa, orada ya laktik, ya da maya fermentasiyasının getdiyi aydındır. Mikrobioloji çoxalma getdisə, məhsulu təhlil edirik və hansı mikrofloranın böyüdüyünü görürük. Artıq əksinə, böyüyən mikrofloraya görə çoxalmağın  səbəblərini müəyyən edə bilərik ". 

Mütəxəssislərin sözlərinə görə əsasən qış aylarında turşudan çox istifadə edilir. Hazır alınan turşularda gözlə ayırd edə bilməyəcəyimiz problemlər ola bilər. Buna görə də qablaşdırmaya, son istifadə tarixinə diqqətlə baxmaq mütləqdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31