Əkbər Qoşalı “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif edilib - FOTO

Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin "Мәдәнияттәге казанышлар өчен" - "Mədəniyyət sahəsində uğurlara görə" medalı ilə təltif edilib. Medalı Bakıda səfərdə olan Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Dövlət Mükafatı laureatı Rkail Zəydulla təqdim edib. 

Əkbər Qoşalı qardaş xalqlar arasında, o cümlədən Tatarıstanla ədəbi-mədəni əlaqələrin qurulması, gücləndirilməsi yönündə uzun illərdir səmərəlui fəaliyyət göstərir. O, "Gənc tatar şeiri" antologiyasını Bakıda nəşr etdirib, bir neçə tatar yazarını yaradıcılıq örnəklərinin azərbaycancaya çevrilərək yayınlanmasını, onların respublikamızda keçirilən beynəlxalq ədəbiyyat tədbirlərində iştirakını təşkil edib. Əkbər Qoşalı Tatarıstanda keçirilən bir neçə ədəbi-mədəni tədbirdə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31